...

Azərbaycan Mərkəzi Asiyadan enerjidaşıyıcılarının tranzitində yardımçı olmağa hazırdır

Energetika Materials 15 Aprel 2010 16:20 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 15 aprel /Trend, müxbir H.Həsənov/

Azərbaycan Xəzərin şərq sahilindən qaz ixracı üçün özünün neft-qaz infrastrukturlarından istifadə edilməsi üzrə əlverişli şəratin yaradılmasına hazırdır. Bu barədə ARDNŞ-nin Qaz İxracı İdarəsinin rəhbəri Kamal Abbasov Türkmənistanda ilk Beynəlxalq Qaz Konfransında bildirib.

"Azərbaycan dəfələrlə bildirib ki, respublika özünün neft-qaz infrastrukturlarından istifadə üzrə əlverişli şəraitin yaradılmasına hazırdır", - Abbasov deyib.

Onun sözlərinə görə, respublikanın enerji siyasətinin əsas prinsipləri karbohidrogen satışından maksimum gəlirlərin təmin edilməsi, eyni zamanda, onların etibarlı və stabil satışıdır.

"Biz əminik ki, bu məqsədə qaz tədarükü marşrutlarının çoxvektorluluğu, alıcıların və onların bazarlarının diversifikasiyası hesabına nail olmaq olar", - Abbasov bildirib.

Xəbər lenti

Xəbər lenti