...

ARDNŞ Pirqulu qəsəbəsini qazla təmin edəcək

Energetika Materials 21 Aprel 2010 20:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramı"na uyğun olaraq Şamaxı rayonunun Pirqulu qəsəbəsinə qaz xəttinin çəkilişinə başlayıb. Bu barədə ARDNŞ-nin çərşənbə günü yayılan məlumatında deyilir.

Tikinti işlərinə 2010-cu il martın sonlarında start verilib. Qaz xətti polietilen borular vasitəsilə çəkilir. Artıq 15 kilometr uzunluğunda olan qaz kəmərinin 2 kilometrə yaxın hissəsində tikinti işləri başa çatdırılıb.

Qaz xəttinin çəkilişinin cari ilin payız-qış mövsümünə qədər yekunlaşdırılması nəzərdə tutulub. Gələcəkdə Pirqulu qəsəbəsinə yaxın olan digər kəndlər də yeni çəkilən qaz kəməri vasitəsilə mavi yanacaqdan istifadə edə biləcəklər.

Xəbər lenti

Xəbər lenti