...

ARDNŞ 2010-cu ildə yeraltı qaz anbarlarına qaz vurulmasını 600 milyon kubmetr artırmağı planlaşdırır

Energetika Materials 5 İyun 2010 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun / Trend, müxbir E.İsmayılov /

2010-cu ildə Azərbaycanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarını həcmi üç milyard kubmetr təşkil edəcək. Bu məlumat "Xəzər neft-qaz, neft emalı və neft-kimya" sərgisində ARDNŞ-in təqdim etdiyi stenddə göstərilir. Ötən il bu göstərici 2008-ci ildəki 1,4 milyard kubmetrə qarşı iki milyard kubmetrə yaxın təşkil edib.

Məlumatda göstrildiyi kimi, bu il yeraltı qaz anbarlarına 1,9 milyard kubmetr qaz vurulması planlaşdırıır. Bu rəqəm ötən il 1,3 milyard kubmetr təşkil edib. 2009-cu ildə ölkənin yeraltı qaz anbarlarında ötən mövsüm vurulan qazdan 1,1milyard kubmetr qaz qalıb.

Hazırda respublikada iki-Qaradağ və Qalmaz yeraltı qaz anbarı var.

ARDNŞ-in məlumatına görə, ötən il Qaradağ yeraltı qaz anbarına 507,7 milyon kubmetr, Qalmaz yeraltı qaz anbarına isə 794,9 milyon kubmetr qaz vurulub.

Payız-qış mövsümündə istifdə olunmaq üçün Azərbaycanın yeraltı qaz anbarlarına qaz vurulması oktyabrda başa çatır.

Xəbər lenti

Xəbər lenti