...

ARDNŞ və "QazMunayQaz" Transxəzər sisteminin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzrə tender elan ediblər

Energetika Materials 8 İyun 2010 17:43 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və KMG-Transcaspian şirkətinin (Qazaxıstan Milli Şirkəti "QazMunayQaz"ın törəmə müəssisəsi) daxil olduğu konsorsium Transxəzər sistemi ilə neft nəqli layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair podratçıların təyin olunması üzrə müsabiqə elan edib.
ARDNŞ və "QazMunayQaz" Transxəzər sisteminin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzrə tender elan ediblər

Аzərbaycan, Bakı, 8 iyun /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və KMG-Transcaspian şirkətinin (Qazaxıstan Milli Şirkəti "QazMunayQaz"ın törəmə müəssisəsi) daxil olduğu konsorsium Transxəzər sistemi ilə neft nəqli layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair podratçıların təyin olunması üzrə müsabiqə elan edib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Qeydiyyatın şərtləri və prosedurlarla Transxəzər layihəsinin www.transcaspianproject.com rəsmi saytında tanış olmaq olar.

Tender təklifləri iyulun 14-dək qəbul olunur.

Transxəzər layihəsi "Bakı-Tbilisi-Ceyhan" neft kəməri üzrə Azərbaycan ərazisi vasitəsilə və Azərbaycan-Gürcüstan nəqliyyat marşrutu üzrə Aralıq dənizinə və Qara dənizə çıxışla neftin Qazaxıstandan nəql edilməsi üçün təsis edilir.

Transxəzər sisteminin ilkin daşınma imkanı ildə 23 milyon dollar təşkil edəcək. Bu layihə Azərbaycan və Qazaxıstanda tankerlər və terminallar, həmçinin birləşdirici boru kəmərlərinin inşasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti