...

İraq "Nabucco" layihəsinin reallaşdırılması üçün qaz həcmlərini verməyə hazırdır

Energetika Materials 9 İyun 2010 11:27 (UTC +04:00)
İraq "Nabucco" qaz kəməri layihəsinin reallaşdırılması üçün lazım olan qaz həcmlərini verməyə hazırdır. Bu barədə Aİ-nin siyasi xəbərlər saytı "EurActiv" Şimali İraqın kürd administrasiyasının energetika naziri Aşti Havramiyə (Ashti Hawrami) istinadən yazır.
İraq "Nabucco" layihəsinin reallaşdırılması üçün qaz həcmlərini verməyə hazırdır

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir A.Bədəlova/

İraq "Nabucco" qaz kəməri layihəsinin reallaşdırılması üçün lazım olan qaz həcmlərini verməyə hazırdır. Bu barədə Aİ-nin siyasi xəbərlər saytı "EurActiv" Şimali İraqın kürd administrasiyasının energetika naziri Aşti Havramiyə (Ashti Hawrami) istinadən yazır.

"Biz layihənin reallaşdırılması üçün 14 və ya 15 milyard kubmetr qaz verə bilərik", - Havrami deyib.

O qeyd edib ki, qiymətləndirmələrə görə, Şimali İraq 6-8 trilyon kubmetr qaz ehtiyatlarına malikdir. Nazir, həmçinin, Şimali İraqla ölkənin mərkəzi hakimiyyəti arasında hasil olunan qazın qiymətini kimin müəyyən edəcəyi ilə bağlı fikir ayrılığının tezliklə həll olunacağı barədə nikbinliyini də ifadə edib.

Bu gün İraqa Xəzər regionundan və Yaxın Şərqdən qazın Aİ ölkələrinə nəqli üçün nəzərdə tutulan "Nabucco" layihəsi üçün əsas qaz tədarükçüsü kimi baxılır.

Bir az əvvəl "Nabucco" layihəsinin rəsmi nümayəndəsi Kristian Dolezal (Christian Dolezal) Trend-ə bildirmişdi ki, "Şahdəniz" layihəsinin ikinci mərhələsinin reallaşdırılmasına 2016-cı ildən başlanacağı nəzərə alınarsa, 2014-cü ilin sonlarına planlaşdırılan "Nabucco" ilə ilk qaz idxalı İraq qazının hesabına həyata keçiriləcək. Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qaza "Nabucco" layihəsi ilə qaz nəqlinin əsas mənbəyi kimi baxılır.

Layihənin reallaşdırılmasının birinci mərhələsində "Nabucco" İraqdan 8 milyard kubmetr, Azərbaycandan isə 8-10 milyard kubmetr həcmində qaz gözləyir.

Dəyəri 7,9 mlrd avro olan "Nabucco" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri 16,67 faizlik bərabər paya malikdir.

Xəbər lenti

Xəbər lenti