...

Azərbaycan sement klinkerlərinin idxalını 12,8 faiz artırıb

Energetika Materials 23 İyun 2010 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Yanvar-aprel aylarında Azərbaycanda 443 min ton sement və sement klinkerləri idxal edilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 14,3 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Yanvar-apreldə 21,3 milyon dollar dəyərində sement və sement klinkeri idxal olunub ki, bu da 2009-cu ilin müvafiq dövr göstəricisindən 0,4 faiz azdır.

Yanvar-apreldə 181 min ton sement klinkeri idxal edilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 12,8 faiz çoxdur. 9,1 milyon dollar dəyərində isə klinker idxal edilib. Bu, 2009-cu ilin analoji dövr göstəricisindən 27,8 faiz çoxdur.

Yanvar-aprel ayları ərzində ölkəyə 262 min ton sement idxal edilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 15,3 faiz azdır. Bu dövr ərzində 12,2 milyon dəyərində sement gətirilib ki, bu da 2009-cu ilin yanvar-aprelində qeydə alınan göstəricidən 14,5 faiz azdır.

Yanvar-mayda Azərbaycanda 470,8 min ton sement istehsal edilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 0,1 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti