...

İslam İnkişaf Bankı Azərbaycanda kiçik su elektrik stansiyalarının yaradılması imkanlarını nəzərdən keçirir

Energetika Materials 24 İyun 2010 19:54 (UTC +04:00)
İslam İnkişaf Bankı (İİB) "Azərenerji" SC ilə əməkdaşlıq perspektivlərinin davam etdirilməsi məsələsini müzakirə edib.
İslam İnkişaf Bankı Azərbaycanda kiçik su elektrik stansiyalarının yaradılması imkanlarını nəzərdən keçirir

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.Xəlilova/

İslam İnkişaf Bankı (İİB) "Azərenerji" SC ilə əməkdaşlıq perspektivlərinin davam etdirilməsi məsələsini müzakirə edib. Bu barədə cümə axşamı Bakıda bankın Direktorlar Şurasının 35-ci illik toplantısının yekunlarına həsr olunan mətbuat konfransında İİB prezidenti Əhməd Məhəmməd Əli bildirib.

"Biz Mingəçevir su elektrik stansiyasının bərpasını və Xaçmaz yarımstansiyasının tikintisini maliyyələşdirmişik və hazırda yeni layihələrin maliyyələşdirilməsi üçün müvəffəqiyyətli danışıqlar aparırıq", - bank prezidenti vurğulayıb.

Bank elektrik enerjisi sahəsi üzrə bütün istiqamətləri, o cümlədən enerji istehsalı və onun bölüşdürülməsi istiqamətlərini maliyyələşdirməyə hazırdır.

Xüsusilə də tərəflər Azərbaycanın kiçik çaylarında su elektrik stansiyalarının yaradılması üzrə layihələri müzakirə ediblər. İlkin məlumatlara görə, bank bu layihələrə 50-100 milyon dollar təqdim edə bilər.

Bank Türkiyə və Tacikistanda kiçik su elektrik stansiyalarının tikintisi üzrə pilot layihələrin maliyyələşdirilməsi təcrübəsindən yararlanmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti