...

bp "Devon" şirkətinin "Azəri-Çıraq-Günəşli"dəki payını 2 milyard dollara alıb

Energetika Materials 5 Avqust 2010 13:33 (UTC +04:00)
Britaniyanın bp şirkəti Azərbaycanın "Azəri-Çıraq-Günəşli" neft-qaz layihəsində "Devon Energy" şirkətinin payının satışı üzrə tranzaksiyanı bu il avqustun 16-da bağlayacaq. Bu barədə Devon rəhbərliyinin nümayəndələri bu ilin ikinci rübü üzrə hesabatın təqdimatında bildiriblər.
bp "Devon" şirkətinin "Azəri-Çıraq-Günəşli"dəki payını 2 milyard dollara alıb

Аzərbaycan, Bakı, 5 avqust /Trend, müxbir E.İsmayılov/

Britaniyanın bp şirkəti Azərbaycanın "Azəri-Çıraq-Günəşli" neft-qaz layihəsində "Devon Energy" şirkətinin payının satışı üzrə tranzaksiyanı bu il avqustun 16-da bağlayacaq. Bu barədə Devon rəhbərliyinin nümayəndələri bu ilin ikinci rübü üzrə hesabatın təqdimatında bildiriblər.

Şirkət nümayəndələrinin qeyd etdikləri kimi, ötən həftə onlar bu alqı-satqının həyata keçirilməsi üçün lazım olan razılığı əldə ediblər. Sövdələşmənin təsdiqlənməsi üçün nizamlayıcı orqanlardan icazənin və layihədə iştirak edən üçüncü tərəfin razılığının olması vacib idi.

Martın ortalarında "Devon" Azərbaycan, Braziliya və Meksika körfəzindəki aktivlərin yeddi milyard dollara satışı barədə bp ilə razılğın əldə olunduğunu elan edib. Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsində "Devon Energy" şirkətinin payı 5,6262 faiz təşkil edir. Sövdələşmə başa çatdıqdan sonra, bp-nin bu layihədə payı hazırkı 34,1367 faizdən 39,7629 faizədək artacaq. Bu layihənin operatoru olan bp-nin məlumatına görə, "AÇG"nin sübut edilmiş ehtiyatları yeddi milyard bareli ötür.

bp məlumat verib ki, şirkət "Devon Energy"nin Braziliyadakı 10 kəşfiyyat blokunun, Meksika körfəzindəki aktivlərinə, Azərbaycandakı "Azəri-Çıraq-Günəşli" layihəsindəki payına görə, nağd yeddi milyard dollar vəsait ödəyəcək. bp isə öz növbəsində, Kanadanın "Kirbi" layihəsindəki payının 50 faizini 500 milyon dollara "Devon Energy"yə satacaq. Tərəflər "Devon"un operator olacağı bərabər paya malik birgə müəssisə (BM) yaratmaq barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti