...

ARDNŞ İrana qaz ixracının həcmini artırmaq üçün infrastrukturun yenidən qurulması üzrə işləri davam etdirir

Energetika Materials 13 Avqust 2010 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust/Trend, müxbir E.İsmayılov/

ARDNŞ İrana Azərbaycan qazının nəqlinin həcminin artırılması üçün Astaradakı qaz kompressoru stansiyasının modernləşdirilməsi üzrə üşləri cari ilin sonunadək başa çatdıracaq. Bu barədə cümə günü neft-qaz bazarındakı mənbə deyib. Bundan əvvəl İrana qaz nəqlinin həcminin artırılması üçün lazım olan stansiyanın yenidən qurulması üzrə işlərin sentyabrda başa çatacağı güman edilirdi.

"Stansiyanın genişləndirilməsi üzrə işlər davam edir və onların cari ilin dördüncü rübündə başa catacağı gözlənilir", - mənbə qeyd edib.

Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) İran tərəfi ilə uzunmüddətli sazişə nail olmaq üçün işlər görür. Lakin hətta böyükhəcmli qaz tədarükü istəyi olsa belə (İran tərəfi 5 milyard kubmetrədək Azərbaycan qazı almaq qabiliyyətində olduğunu bəyan edib), zəruri infrastrukturun olmaması qarşıya qoyulan məqsədlərə çatmaq imkanı vermir. İki ölkə arasında qaz kəməri infrastrukturunun texniki vəziyyəti hazırda cənub istiqamətində böyük həcmdə qaz nəql etməyə imkan vermir.

Hazırda İrana qaz tədarükünün artırılması üçün ARDNŞ Astaradakı qaz-kompressor stansiyasının gücünün genişləndirilməsi üzrə işlər aparır. Azərbaycandan İrana gedən qaz kəmərində də təmir-bərpa işləri aparılacaq. Payıza planlaşdırılan bu işlər başa çatdıqdan sonra uzunmüddətli qaz tədarükü ilə müqavilənin bağlanması və qaz həcminin sutkada hazırkı 1,2 milyon kubmetrdən 3-3,5 milyon kubmetrdədək artırılması nəzərdə tutulub. Lakin təxminən 40 il əvvəl tikilən mövcud qaz kəməri xəttinin təmir və bərpa edilməsi tədarükə tam təminat vermir və ixrac həcmini istənilən göstəriciyə çatdırmağa şərait yaratmır. Tamhəcmli tədarükün təmin edilməsi üçün yeni sistemlərin yaradılması labüddür. Azərbaycan Naxçıvan Muxtar Respublikasının svop əməliyyatları çərçivəsində qazla təmin edilməsi üçün İrana qaz tədarük edir. Çünki NMR Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində blokada şəraitindədir.

Xəbər lenti

Xəbər lenti