...

İsveçrənin neftə olan tələbatının nəzərəçarpacaq hissəsi Azərbaycan nefti hesabına təmin edilir – səfir

Energetika Materials 16 Avqust 2010 13:58 (UTC +04:00)
İsveçrənin neftə olan tələbatının nəzərəçarpacaq hissəsi Azərbaycan nefti hesabına təmin edilir. Bu barədə Azərbaycanın İsveçrə Konfederasiyasındakı və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Murad Nəcəfbəyli Trend-ə müsahibəsində bildirib.
İsveçrənin neftə olan tələbatının nəzərəçarpacaq hissəsi Azərbaycan nefti hesabına təmin edilir – səfir

Azərbaycan, Bakı, 16 avqust /Trend/

İsveçrənin neftə olan tələbatının nəzərəçarpacaq hissəsi Azərbaycan nefti hesabına təmin edilir. Bu barədə Azərbaycanın İsveçrə Konfederasiyasındakı və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Murad Nəcəfbəyli Trend-ə müsahibəsində bildirib.

"2008-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cenevrə şəhərində ofisi açılmış və bu qurum İsveçrədə müvəffəqiyyətlə fəaliyyət göstərir. Həmçinin, vurğulamaq istərdim ki, Azərbaycan İsveçrəyə neft ixrac edən etibarlı və mühüm ölkələrindən biri hesab edilir", - Nəcəfbəyli deyib.

Onun sözlərinə görə, İsveçrə energetika sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Belə ki, hələ 2007-ci ildə Azərbaycan və İsveçrə arasında enerji təhlükəsizliyi və əməkdaşlığa dair memorandum imzalanıb. Hazırda Avropanın enerji təchizatının təhlükəsizliyinə töhfə verə biləcək İsveçrə tərəfinin təşəbbüsləri ilə bağlı müzakirələr aparılır.

Nəcəfbəyli qeyd edib ki, İsveçrənin bərpa olunan enerji növlərindən istifadə və enerji səmərəliliyi sahəsində təcrübəyə malik olduğunu nəzərə alaraq, İsveçrə texnologiyalarının Azərbaycanda tətbiq imkanları nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti