...

Azərbaycandan Qazaxıstan bazarına neft-qaz avadanlığının daxil olması BM-in yaradılması vasitəsilə mümkündür - nazir

Energetika Materials 16 Avqust 2010 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir S.Süleymanov/

Azərbaycandan Qazaxıstan bazarına neft-qaz avadanlığının daxil olması birgə müəssisələrin yaradılması vasitəsilə mümkündür. Bu barədə bazar ertəsi Qazaxıstanın neft və qaz naziri Sauat Mınbayev deyib.

"Azərbaycandan Qazaxıstan bazarına neft-qaz avadanlığının daxil olması BM-nin yaradılması vasitəsilə mümkündür", - Mınbayev bildirib.

O xatırladıb ki, son illər respublika hökuməti neft-qaz layihələrində Qazaxıstanın payının artırılması kursunu götürüb. Belə siyasətin məqsədi Qazaxıstanda şəxsi istehsalatın yaradılmasından ibarətdir.

"Bəli, biz bilirik ki, bəzi şirkətlər bizimlə qonşu olan Azərbaycandan neft-qaz avadanlığı alır, lakin məlum olduğu kimi, biz Qazaxıstanın payının artırılmasında maraqlıyıq, odur ki, birgə müəssisə forması - Qazaxıstan bazarına daxil olmaq üçün mümkün variantdır", - Mınbayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti