...

Ekspertlər və hökumət nümayəndələri Gürcüstanda kiçik SES-lərin inkişafı məsələlərini müzakirə ediblər

Energetika Materials 25 Avqust 2010 20:52 (UTC +04:00)
Gürcüstan hökumətinin nümayəndələri çərşənbə günü ekspertlərlə birgə su resurslarının effektiv istifadə edilməsi və bu sahəyə xarici investisiyaların cəlb edilməsi məsələlərini müzakirə ediblər.
Ekspertlər və hökumət nümayəndələri Gürcüstanda kiçik SES-lərin inkişafı məsələlərini müzakirə ediblər

Gürcüstan, Tbilisi, 25 avqust /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan hökumətinin nümayəndələri çərşənbə günü ekspertlərlə birgə su resurslarının effektiv istifadə edilməsi və bu sahəyə xarici investisiyaların cəlb edilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə bir neçə layihə müzakirə edilib. Onlarla bağlı yekun rəy yaxın vaxtlarda məlum olacaq.

"Bu, əlavə resurslar, maliyyə mənbələri axtarmaq və investorlarda Gürcüstana investisiya yatırmaq üçün daha bir dəlilin olması baxımından onlara müəyyən faydalı tövsiyələr vermək üçün daha bir səbəbdir", - Gürcüstanın energetika nazirinin müavini xanım Mariam Valişvili deyib.

Gürcüstanda enerji təhlükəsizliyi layihəsi Norveç Xarici İşlər Nazirliyinin yardımı ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti