...

Türkiyənin neft-kimya kompleksi satış həcmlərini artırıb

Energetika Materials 3 Sentyabr 2010 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.İsmayılov/

İlin birinci yarısında Türkiyənin "Petkim" neft-kimya kompleksi ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2009-cu il ərzindəki 347 milyon dollara qarşı ümumi məbləği 234 milyon dollar həcmində məhsul satıb. Bu barədə cümə günü kompleksdən məlumat verilib.

"Petkim"dən deyildiyi kimi, satış həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 64 faiz artıb və 921 milyon dollar təşkil edib.

Kompleksdən bildiriblər ki, yanvar-iyun aylarında müəssisənin istehsal gücü ötən ilin analoji dövründəki 88 faizə qarşı 95,4 faiz təşkil edib.

Hazırda ARDNŞ iki iri layihədə iştirak edir. Şirkət "Petkim" iri neft-kimya kompleksinin şərikli sahibidir. Həmçinin, bu kompleksin xammalla təmin edilməsi üçün ARDNŞ yeni neft emalı zavodunun inşası layihəsində iştirak edir.

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verir.

"Petkim Petrokimya Holding" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

Xəbər lenti

Xəbər lenti