Azərbaycan, Bakı, 24 sentyabr /Trend/
Cümə günü "SOCAR Georgia Petroleum" Gürcaani rayonunun Vaçnadzeani yaşayış məntəqəsində və Telavi-Qombori yolunun üstündə "SOCAR" brendi altında iki yanacaqdoldurma məntəqəsi (YDM) açıb. Bu barədə şirkətin cümü günü yayılan məlumatında deyilir.
Yeni YDM-lərin istismara verilməsi ilə "SOCAR" brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 48-ə çatıb.
Açılış mərasimində "SOCAR Energy Georgia" MMC-nin baş direktoru Mahir Məmmədov, şirkətin rəhbər işçiləri, Gürcaani və Telavi rayonlarının icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
ARDNŞ ilin sonunadək Gürcüstandakı yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırmağı planlaşdırır.