...

ARDNŞ sentyabrda "Azərenerji"yə qaz tədarükü həcmini artırıb

Energetika Materials 16 Oktyabr 2010 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Yanvar-sentyabr aylarında yanacaq qismində istifadə üçün "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə (Azərbaycanda ən iri elektrik enerjisi istehsalçısı) 2,88 milyard kubmetr qaz verilib. Bu göstərici 2009-cu ilin yanvar-sentyabr aylarında 3,33 milyard kubmetr olub. Bu barədə "Azərenerji"yə qaz tədarük edən ARDNŞ-nin məlumatında deyilir.

Sentyabrda "Azərenerji"yə 318,2 milyon kubmetr qaz ötürülüb. Ötən ilin analoji dövründə bu göstərici 274,63 milyon kubmetrə yaxın olub.

2009-cu ildə "Azərenerji"yə 4,32 milyard kubmetr qaz verilmişdi. Bu göstərici 2008-ci ildə 4,95, 2007-ci ildə isə 3,4 milyard kubmetr qaz təşkil etmişdi.

Xəbər lenti

Xəbər lenti