...

İran-Azərbaycan-Rusiya elektroenergetika şəbəkəsinin sinxronlaşdırılması prioritetdir – energetika naziri

Energetika Materials 27 Oktyabr 2010 15:32 (UTC +04:00)
İranın Energetika Nazirliyinin prioritet vəzifəsi gələcəkdə Avropanın elektroenergetika sisteminə qoşulmaq imkanları üçün İran, Azərbaycan və Rusiyanın elektroenergetika şəbəkələrini 700 meqavat gücündə sinxronlaşdırmaqdır.
İran-Azərbaycan-Rusiya elektroenergetika şəbəkəsinin sinxronlaşdırılması prioritetdir – energetika naziri

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Ə.Yusifzadə/

İranın Energetika Nazirliyinin prioritet vəzifəsi gələcəkdə Avropanın elektroenergetika sisteminə qoşulmaq imkanları üçün İran, Azərbaycan və Rusiyanın elektroenergetika şəbəkələrini 700 meqavat gücündə sinxronlaşdırmaqdır. Bu barədə İranın energetika naziri Məcid Namcu deyib. Məlumatı IRNA agentliyi yayıb.

Bu layihənin həyata keçirilməsi Azərbaycan, Rusiya və İran arasında qarşılıqlı elektrik enerjisi mübadiləsinə, həmçinin, bu layihəyə regionun digər ölkələrini qoşmağa imkan verəcək. Hazırda Azərbaycan və İran arasında elektrik enerjisinin ötürülmə gücünün 250 meqavatdan 700 meqavata qədər artırılması üzrə işlər başa çatdırılıb.

İran, Azərbaycan və Rusiyanın elektroenergetika sistemlərinin sinxronlaşdırılması layihəsi artıq bir neçə ildir müzakirə olunur. Bundan əvvəl Rusiya və İran arasında bu sahədə əməkdaşlıq haqqında danışıqlar aparılıb. Tərəflərdən biri elektrik enerjisinin qarşılıqlı satışı, digəri isə mübadiləsində təkid edib. Bu məsələ hələ həll olunmayıb.

İlin birinci yarısında (İranda il martın 21-dən başlayır) ölkədə ötən ilin analoji dövründəki 133,593 min GVt/saat göstəriciyə nisbətdə 143,79 min GVt/saat elektrik enerjisi hasil olunub.

Bu ilin birinci yarısı ərzində hasil olunan elektrik enerjisinin ümumi həcmindən 137,2 min GVt/saat istilik elektrik stansiyalarında, 6,769 min GVt/saat isə su elektrik stansiyalarında istehsal olunub.

Hazırda İran Türkmənistan, Türkiyə, İraq, Azərbaycan, Pakistan və Əfqanıstan kimi ölkələrlə elektrik enerjisinin idxal-ixracını həyata keçirir.

İran SES-lərinin gücü 7,7 min meqavat təşkil edir. Ölkədə 109 energji blokunu birləşdirən 44 SES var.

Xəbər lenti

Xəbər lenti