...

Azərbaycan və Qazaxıstan neft hasilatının yeni texnologiyalarının tətbiqi üzrə birgə müəssisə yaradacaqlar

Energetika Materials 9 Dekabr 2010 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Qazaxıstanın "ManqistauMunayQaz" (MMQ) SC və ARDNŞ neft hasilatının yeni texnologiyalarının tətbiqi və neft tullantılarının emalı üzrə üzrə birgə müəssisə yaradacaqlar. Bu barədə Manqistau (Manqışlaq) vilayəti hökumətinin cümə axşamı yayılan məlumatında deyilir. Məlumatı KazTAQ informasiya agentliyi yayıb.

"Qazaxıstan-Manqışlaq-Azərbaycan" regional biznes forumu çərçivəsində bir sıra əməkdaşlıq haqqında memorandum və niyyət protokolu imzalanıb. ARDNŞ və MMQ arasında əməkdaşlıq memorandumuna əsasən, neft hasilatı, neft tullantılarının emalı sahəsində yeni texnologiyaların tətbiqi üzrə birgə müəssisələr yaradılacaq", - sənəddə deyilir.

"Biznes forumunun keçirilməsi Manqışlaq vilayətinin və Azərbaycanın sahibkarlarına əməkdaşlığı möhkəmləndirmək, qarşılıqlı faydalı dialoqun qurulmasının yeni yollarını müzakirə etmək imkanı verəcək. Şübhəsiz ki, əməkdaşlığın istiqamətlərindən biri neft-qaz sektoru olacaq. Yaxın 10 ildə Qazaxıstanda neft hasilatının həcminin iki dəfə artacağı gözlənilir. Bundan vilayətin neft ixracının payına azı 95 milton ton düşəcək. Buna görə də sahil infrastrukturunu, neft-kimya istehsalını və bir sıra mühəndis və sosial infrastrukturu genişləndirmək lazımdır", - vilayətin rəhbəri Krımbek Kuşerbayev deyib.

Hazırda Manqışlaq vilayətində əsasən neft-qaz sektorunda xidmətlərin göstərilməsinə yönələn Qazaxıstan və Azərbaycan kapitalının iştirakı ilə 100-dən çox birgə müəssisə işləyir.

Xəbər lenti

Xəbər lenti