...

ARDNŞ Azərbaycanda mazuta tələbatın azalması üzrə təklif hazırlayır

Energetika Materials 18 Dekabr 2010 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) dövlət müəssisələrinin mazutdan istifadə həcmlərinin və onların qazlaşdırılmasının azalması üzrə ölkə hökumətinə müraciət hazırlayır. Bu barədə şənbə günü ARDNŞ-nin yüksək vəzifəli nümayəndəsi bildirib.

Şirkət nümayəndəsinin sözlərinə görə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi həmişə yüksək olub. Lakin buna baxmayaraq, dövlətin balansında olan, eləcə də səhiyyə sahəsində yanacaq kimi mazutdan istifadə etmiş və edən bir sıra müəssisələr bağlanıb.

2010-cu il ərzində ARDNŞ respublikada mazuta tələbatın 30-40 faiz azalması üzrə bir sıra işlər görüb.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, bu gün Azərbaycan tərəfdaşları ilə birgə kifayət qədər həcmdə qaz hasil edir. Eləcə də ARDNŞ respublikanın qazlaşdırılması səviyyəsinin 95 faizədək yüksəldilməsinə yönələn qaz proqramı reallaşdırır. Buna baxmayaraq, müəssisələrin bir hissəsi yanacaq kimi mazutdan istifadə edir.

ARDNŞ nümayəndəsinin qeyd etdiyi kimi, hazırda şirkət bir sıra müəssisələri qazla təmin edə bilər, lakin bunun üçün müvafiq infrastrukturun yaradılması vacibdir. Bu, xeyli vaxt və vəsait, eləcə də həmin müəssisələrin özlərinin bu infrastrukturun yaradılması üçün müraciətini tələb edir.

Xəbər lenti

Xəbər lenti