...

"Azərbaycan Hava Yolları" QSC Rusiya istehsalı olan təyyarələri Rusiya marşrutu üzrə reyslərdə istifadə edəcək

Energetika Materials 24 Dekabr 2010 15:19 (UTC +04:00)
"Bakı-Naxçıvan" marşrutu üzrə daxili reyslərdən çıxarılan Rusiya istehsalı olan "TU-134" və "TU-154" təyyarələri "Azərbaycan Hava Yolları" QSC tərəfindən Rusiya istiqamətində uçuşlarda istifadə olunacaq. Bu barədə Trend-ə cümə günü QSC-in mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.
"Azərbaycan Hava Yolları" QSC Rusiya istehsalı olan təyyarələri Rusiya marşrutu üzrə reyslərdə istifadə edəcək

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

"Bakı-Naxçıvan" marşrutu üzrə daxili reyslərdən çıxarılan Rusiya istehsalı olan "TU-134" və "TU-154" təyyarələri "Azərbaycan Hava Yolları" QSC tərəfindən Rusiya istiqamətində uçuşlarda istifadə olunacaq. Bu barədə Trend-ə cümə günü QSC-in mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

Onun sözlərinə görə, bu hava gəmilərinin uçuş resursu 30 min saat təşkil edir və onları istifadə etməyə imkan verir. Hazırda təyyarələr bu göstərici üzrə altı min saatdan çox uçublar.

Hava gəmiləri "Bakı - Mineralnıe- vodı" və digər marşrutlar üzrə istifadə olunacaq.

Bu gündən "Bakı-Naxçıvan" marşrutu üzrə Airbus-319, Airbus-320 və Boeing-757 tipli təyyarələr uçmağa başlayıblar.

"Səhər tezdən Naxçıvana artıq Airbus-319 təyyarəsi göndərilib, - Səfərli qeyd edib.

Xəbər lenti

Xəbər lenti