Azərbaycan, Bakı, 29 dekabr /Trend/
İran ilin əvvəlindən qonşu ölkələrə 4918 qiqavat-saat elektrik enerjisi ixrac edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 6,12 faiz çoxdur. Bu barədə İranın Energetika Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumatda bildirilir ki, bu ilin göstərilən dövründə elektrik enerjisi idxalının həcmi ötən ildəki 1709 qiqavat-saata qarşı 2503 qiqavat-saat təşkil edib.
İran Azərbaycanla, Azərbaycanın Naxçıvan Muxtar Respublikası, Türkiyə, Pakistan, İraq, Ermənistan və Əfqanıstanla enerji mübadiləsi həyata keçirir.