...

2011-ci ildə Özbəkistanda benzin istehlakı üzrə vergi artırılacaq

Energetika Materials 29 Dekabr 2010 19:59 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 29 dekabr /Trend, müxbir D.Əzizov/

Özbəkistanda 2011-ci il yanvarın 1-dən etibarən fiziki şəxslərin nəqliyyat vasitələri üçün benzin, dizel yanacağı və qaz istehlakı üzrə vergi dərəcəsi bir litr yanacaq üçün indiki 145 suma 30 sum əlavə olunaraq 175 suma qədər artırılacaq.

Yeni dərəcələr Özbəkistan Prezidentinin "Əsas makroiqtisadi göstəricilərin proqnozları və Özbəkistanın 2011-ci il üçün dövlət büdcəsinin parametrləri haqqında" qərarı ilə təsdiq edilib.

2010-cu ildə Özbəkistanda benzinin qiyməti üç dəfə artıb: artım 25 sum olanda yanvarın 1-dən qiymət artırılıb və avtomobil yanacağının istehlak vergisinin artması ilə əlaqələndirilib.

İyulda benzinin qiyməti orta hesabla 15 faiz artıb və dekabrda da bir o qədər artırılıb. Dekabrın 10-dan etibarən Aİ-80 markalı benzinin bir litrinin pərakəndə qiyməti istehlak vergisi nəzərə alınmaqla 1405 sum, Aİ-91 1555 sum, Aİ-95 1725 sum təşkil edir.

2009-cu ildə Aİ-80 markalı benzinin bir litrinin pərakəndə qiyməti 1040 sum, Aİ-91-in 1150 sum, Aİ-95-in 1275 sum olub. İl ərzində bu qiymətlər dəyişməyib.

Qərarla təsdiq edilən dərəcələrin məbləği Özbəkistanın bütün ərazisində eynidir.

2009-cu ildə Özbəkistanda benzin istehsalı 10,8 faiz artaraq 1,622 milyon ton, kerosin 12,2 faiz artaraq 405,7 min ton, dizel yanacağı 1,2 faiz artaraq 1,302 milyon ton olub.

2010-cu ilin yanvar-sentyabrında benzin istehsalı 11 faiz azalaraq 1,067 milyon ton, kerosin 9,2 faiz azalaraq 272,5 min ton, dizel yanacağı 13,8 faiz azalaraq 855,1 min ton təşkil edib.

Hazırda Özbəkistanda avtonəqliyyat vasitələrinin sayı 1,6 milyon ədədi ötür.

Xəbər lenti

Xəbər lenti