...

OPEK-in rəhbəri Azərbaycan və İran arasında qaz müqaviləsinin imzalanmasını yüksək qiymətləndirib

Energetika Materials 12 Yanvar 2011 18:02 (UTC +04:00)
OPEK neft kartelinin rəhbəri çərşənbə günü Bakıda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və İranın Qaz İxracı üzrə Milli Şirkəti (NIGEC) arasında imzalanmış qaz müqaviləsini yüksək qiymətləndirib.
OPEK-in rəhbəri Azərbaycan və İran arasında qaz müqaviləsinin imzalanmasını yüksək qiymətləndirib

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir T.Cəfərov/

OPEK neft kartelinin rəhbəri çərşənbə günü Bakıda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və İranın Qaz İxracı üzrə Milli Şirkəti (NIGEC) arasında imzalanmış qaz müqaviləsini yüksək qiymətləndirib.

"Qaz müqaviləsinin imzalanması yeni və böyük addımdır",- bu barədə Trend-ə bu gün Bakıda İranın neft naziri Seyid Məsud Mirkazımi deyib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və İranın Qaz İxracı üzrə Milli Şirkəti (NIGEC) Azərbaycan qazının İrana nəqli ilə bağlı çərşənbə günü müqavilə imzalayıblar.

Beş illik imzalanan müqaviləyə əsasən, 2011-ci ildə Azərbaycandan İrana 1 milyard kubmetr qaz nəql olunacaq. Qaz tədarükü həcminin gələcəkdə artırılacağı nəzərdə tutulur. Qaz nəqlinə fevralda başlanacaq.

Mirkazıminin sözlərinə görə, onun Bakya səfəri zamanı çərşənbə günü İran qazının Azərbaycanın qaz anbarlarında saxlanılması məsələsi də müzakirə olunub.

OPEK rəhbərinin sözlərinə görə, Azərbaycan və İran energetika sahəsində əməkdaşlığın inkişafı məqsədilə bu gün Bakıda yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər.

"Hazırda müvafiq işlər aparılır və bir aydan sonra bu məsələ ilə bağlı sazişin imzalanması gözlənilir", - Mirkazımi deyib.

Onun sözlərinə görə, Azərbaycan və İran Bakıda hər yarım ildə bir dəfə energetika komitələrinin həm neft və qaz, həm də elektrik enerjisi sahəsində əməkdaşlığın inkişafı məsələlərinin müzakirə olunacağı planlaşdırılan iclasını keçirmək barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti