...

ARDNŞ Avropa qaz konfransında iştirak edib

Energetika Materials 29 Yanvar 2011 16:02 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Vyanada keçirilən Avropa qaz konfransında iştirak edib. Bu barədə şənbə günü ARDNŞ-in yaydığı məlumatda deyilir.
ARDNŞ Avropa qaz konfransında iştirak edib

Azərbaycan, Bakı, 29 yanvar /Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Vyanada keçirilən Avropa qaz konfransında iştirak edib. Bu barədə şənbə günü ARDNŞ-in yaydığı məlumatda deyilir. Konfransda "Azərbaycanın neft-qaz sənayesinin artan rolu: hazırki vəziyyət və gələcək perspektivlər" adlı məruzə ilə ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov çıxış edib.

Konfransın gündəliyində Avropanın qazla təchizatının təhlükəsizliyi, yeni alternativ enerji mənbələri və nəqliyyat imkanları, Avropanın qazla təmin olunmasında Rusiyanın rolu, Xəzər regionu Avropanın enerji təhlükəsizliyi kontekstində məsələləri durub.

Cavadov çıxışı zamanı Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyi kontekstində artan rolunu, eləcə də respublikanın bu sahədə əldə etdiyi uğurları qeyd edib.

Eləcə də iri qaz kəməri layihələrində Azərbaycanın iştirakının vacibliyinin ilk növbədə respublikanın iqtisadi maraqlarının olması da bildirilib.

"Bəyaz axın", "Nabukko", ITGI və TAP layihələrini rəhbərləri tərəfindən "Cənub dəhlizi konserti"nin Avropa İttifaqı üçün əhəmiyyəti və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan və Türkmənsitandan tədarük olunan qazın önəmi vurğulanıb.

Konfrans yanvarın 25-28-də keçirilib. Onun işində Avstriyanın federal iqtisadiyyat naziri R.Mittelener, Alçmaniyanın keçmijş xarici işlər naziri Yoşka Fişer, Türkiyənin energetika nazirini müavini S.Çimen, RF Dövlət Duması sədrinin müavini V.Yazev, "Enerji xartiyası"nın baş katibi A.Mernier və başqaları iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti