...

BP və tərəfdaşlar Azərbaycanda Layihələrin idarə edilməsi Məktəbini yaradacaqlar

Energetika Materials 31 Yanvar 2011 16:17 (UTC +04:00)
Böyük Britaniyanın BP şirkəti və onun Azərbaycandakı iri layihələr çərçivəsində tərəfdaşları Layihələrin idarə edilməsi Məktəbinin yaradılmasına 1 milyon dollar ayıracaqlar. Trend-in məlumatına görə, bu barədə BP-nin bazar ertəsi yaydığı məlumatda deyilir.
BP və tərəfdaşlar Azərbaycanda Layihələrin idarə edilməsi Məktəbini yaradacaqlar

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Böyük Britaniyanın BP şirkəti və onun Azərbaycandakı iri layihələr çərçivəsində tərəfdaşları Layihələrin idarə edilməsi Məktəbinin yaradılmasına 1 milyon dollar ayıracaqlar. Trend-in məlumatına görə, bu barədə BP-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi layihəsi, eləcə də "Bakı-Tbilisi-Ceyhan" neft kəməri və "Bakı-Tbilisi-Ərzurum" qaz kəməri üzrə layihələr çərçivəsində tərəfdaşların təşkil etdikləri layihə dövlət və özəl sektorun iştirakçıları üçün nəzərdə tutulub və dünyada məşhur olan layihələrin hərtərəfli idarə edilməsi proqramına daxil olma imkanını təmin edir. Layihədə əsas diqqət ölkədə layihələrin idarə edilməsində bacarıqların təkmilləşdirilməsinə və layihələrin idarə edilməsi sahəsində üzunmüddətli biliklərin formalaşmasına yönəldiləcək.

Məktəbin tədris planı elə şəkildə qurulub ki, Corc Vaşinqton Universitetinin ("Layihələrin idarə edilməsi üzrə magistr sertifikatı") və layihələrin idarə edilməsi İnstitutunun ("Layihələrin idarə edilməsi üzrə mütəxəssis") verdikləri sertifikatı almaq üçün imkan yaradacaq. Proqram səkkiz bölmədən ibarət olacaq.

İlkin təlim kursu ingilis dilində aparılacaq, lakin iki-üç ildən sonra onu Azərbaycan dilində tədris edəcək mütəxəssislər hazırlanacaq. Layihə Xəzər Universiteti və "ESI International" şirkəti tərəfindən həyata keçiriləcək.

"BP-nin Azərbaycana gəlişi ilə şirkət və tərəfdaşları ölkənin bacarıqların formalaşdırılmasında səylərinə yardım edilməsinə maraq göstərirlər. Sahibkarlığın inkişafının dəstəklənməsi üçün yerli şirkətlərin bizim biznes fəaliyyətimizdə iştirakının genişlənləndirilməsi üçün əsas bacarıqların formalaşdırılması məqsədilə yüzlərlə layihə həyata keçirmişik. Elm və təhsil potensialının inkişafına kömək məqsədilə Elmlər Akademiyası, universitetlər və kolleclər də daxil olmaqla, onlarla təhsil və elmi institutlarla əməkdaşlıq etmişik. Biz Azərbaycanın gələcək uğuruna töhfə vermək barədə öhdəliyimizə sadiqik və bu öhdəliyin bir hissəsi kimi bu gün tərəfdaşlarımızla birlikdə yeni mühüm tədris təcrübəsini dəstəkləyirik. Mən çox şadam ki, bu proqramın köməyi ilə layihələrin idarə edilməsi sahəsində orta və yüksək səviyyəli 120-dən çox menecerin bacarıq və biliklərinin inkişafına kömək edə biləcəyik", - "BP Azerbaijan"ın rəhbəri Rəşid Cavanşir deyib.

Xəbər lenti

Xəbər lenti