...

Yunanıstan Azərbaycanın özünün iri qaz tədarükçülərindən birinə çevrilməsini gözləyir

Energetika Materials 2 Fevral 2011 13:05 (UTC +04:00)
Yunanıstan Azərbaycanın özünün iri qaz tədarükçülərindən birinə çevrilməsini gözləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının Bakıda keçirilən üçüncü iclasının gedişində Yunanıstanın xarici işlər nazirinin müavini Spiros Kuvelis bildirib.
Yunanıstan Azərbaycanın özünün iri qaz tədarükçülərindən birinə çevrilməsini gözləyir

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir E.İsmayılov/

Yunanıstan Azərbaycanın özünün iri qaz tədarükçülərindən birinə çevrilməsini gözləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının Bakıda keçirilən üçüncü iclasının gedişində Yunanıstanın xarici işlər nazirinin müavini Spiros Kuvelis bildirib.

Onun sözlərinə görə, Yunanıstan Türkiyə-Yunanıstan-İtaliya və Türkiyə-Yunanıstan-Bolqarıstan kimi boru kəməri layihələrinə böyük diqqət ayırır.

Bu layihələrin reallaşdırılması fonunda Azərbaycanın rolu böyük önəm kəsb edir. Yunanıstan xarici işlər naziri müavininin sözlərinə görə, eləcə də ölkələr neft və qaz satışı sahələri ilə yanaşı, neft emalı kimi sahələrdə də əməkdaşlıq edə bilərlər. Həmçinin, yunan tərəfi alternativ enerji mənbələri, enerji obyektlərinin, avtomobil yollarının tikintisi, eləcə də turizm, səhiyyə, təhsil və digər sahələrdə də öz təcrübəsini bölüşə bilər.

Kuvelisin fikrincə, mühüm olanı tərəflər arasında nəqliyyatın, eləcə də su və hava nəqliyyatının inkişafıdır.

İclasda komissiyanın həmsədri, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin dediyi kimi, Azərbaycanla Yunanıstan arasında siyasi, diplomatik sahələrdə, eləcə də parlamentlərarası münasibətlər yüksək səviyyədədir. Nazir iqtisadi sektorda münasibətlərin yüksək səviyyədə olduğunu xüsusi qeyd edib.

Natiq Əliyev qeyd edib ki, qısa müddət ərzində iki ölkə arasında mal dövriyyəsi 160 milyon dollara çatıb ki, bunun 140 milyondan çoxu Azərbaycanın payına düşür. Ölkənin ixrac potensialı yüksək səviyyədədir və gələcəkdə daha da inkişaf edəcək.

Nazirin sözlərinə görə, enerji sektorunda əməkdaşlıqla yanaşı, mədəniyyət, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdəki qarşılıqlı əlaqələr də yüksək səviyyədədir.

Xəbər lenti

Xəbər lenti