...

"SOCAR Trading" Misirdə öz əməliyyatlarını davam etdirir

Energetika Materials 3 Fevral 2011 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir A.Bədəlova/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) törəmə şirkəti "SOCAR Trading" "Egyptian General Petroleum Corporation" (EGPC) və İsgəndəriyyədəki "Midor" neft emalı zavodu ilə birgə Misirdə öz əməliyyatlarını davam etdirir. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Cenevrədə yerləşən "SOCAR Trading" ötən ilin mayından Misirdəki NEZ-ə ayda 1-1,5 milyon barel neft tədarük edir.

Bu yaxınlarda KİV-də dərc olunan yazılara görə, "SOCAR Trading"lə "Midor"un əməkdaşlığı Misirdəki son hadisələrlə əlaqədar dayandırılıb. Şirkətin məlumatına görə isə, bu məlumat həqiqətəuyğun deyil.

Həm Azərbaycan neftinin, həm də üçüncü tərəfin neft tədarükü davam edir və gələcəkdə də davam etdiriləcək.

"SOCAR Trading" hazırkı anda bank tərəfdaşları, eləcə də EGPC və "Midor" ilə sıx əməkdaşlıqda vəziyyəti diqqətlə öyrənir. Məlumatda bildirilir ki, hələlik cari əməliyyatların Misirdəki qeyri-sabitliyin təsiri altına düşəcəyini ehtimal etməyə səbəb yoxdur.

Şirkət Azərbaycanla enerji sahəsində əməkdaşlığın gələcəkdə də genişləndirilməsi üçün Misir hökuməti ilə işləri davam etdirir.

Bu kontekstdə "SOCAR Trading" emal və logistika sahəsində bir sıra konkret layihələri öyrənir.

ARDNŞ Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir. 2010-cu ildə ARDNŞ-nin neft-qaz hasilatı müəssisələri tərəfindən 7,28 milyon ton neft və 7 milyard kubmetrdən çox qaz hasil olunub. ARDNŞ xarici şirkətlərlə birgə "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları bloku və "Xəzərdə "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi kimi böyük layihələrdə iştirak edir. ARDNŞ-nin tərkibinə "Azneft" İstehsalat Birliyi (dəniz və quruda neft və qazın hasilatı üzrə müəssisə), "Azərikimya" İstehsalat Birliyi (kimya sənayesi müəssisəsi), "Azəriqaz" istehsalat birliyi (qazın paylanması) daxildir. Dövlət neft şirkəti ölkədə yeganə neft məhsulları istehsalçısıdır (balansında iki neft emalı zavodu var), həmçinin Azərbaycan, Gürcüstan, Ukraynada yanacaqdoldurma məntəqələri var. ARDNŞ Türkiyənin "Petkim" böyük neftkimya kompleksinin ortağıdır. Öz "SOCAR Trading" ticari şöbəsi vasitəsilə şirkət dünyanın müxtəlif regionlarında neft ticarətini həyata keçirir.

Xəbər lenti

Xəbər lenti