...

ARDNŞ Xəzərdə quyunu bağlayıb

Energetika Materials 9 Fevral 2011 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 fevral/Trend,müxbir E. İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağının yenicə açılmış ilk kəşfiyyat quyusunu bağlayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-dəkı mənbə bildirib.

"Quyu tamamilə bağlanıb", - Trend-in müsahibi bildirib.

Bundan əvvəl mənbə məlumat vermişdi ki, yeni quyu iki il ərzində mənimsəniləcək.

ARDNŞ mütəxəssislərinin qiymətləndirməsinə görə, yataqda ehtiyatların həcmi 250 milyard kubmetr qaz və 40 milyon ton kondensat təşkil edir.

Xəzərin Azərbaycan sektorundakı "Ümid" yatağı Bakının 75 kilometrliyində, qurudan 40 kilometr uzaqlıqda yerləşir. Burada 1953-cü ildə ilk dəfə geofiziki işlər aparılıb. Bu işlər 1972-ci ildə daha təkmilləşdirilmiş şəkildə yenidən həyata keçirilib. Daha sonralar, 1977-ci ildən 1992-ci ilədək doqquz quyu qazılsa da, onlardan heç biri nəticə verməyib.

Xəbər lenti

Xəbər lenti