Azərbaycan, Bakı, 14 fevral /Trend/
2011-ci il fevralın 1-nə olan məlumata görə, Azərbaycanın əsas istehlakçılarının mazut ehtiyatı 340 min ton təşkil edib ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 0,1 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.
Fevralın 1-nə avtomobil benzini ehtiyatı 16,8 min ton olub ki, bu da 2010-cu il fevralın 1-də qeydə alınan göstəricidən 6,3 faiz çoxdur.
Əsas istehlakçıların dizel yanacağı ehtiyatı fevralın 1-nə olan məlumata əsasən, 18,5 min ton təşkil edib ki, bu da 2010-cu ilin yanvar ayının göstəricisindən 20,1 faiz çoxdur.
İstehlakçılarda aviasiya kerosininin ehtiyat həcmi 14,5 min ton olub ki, bu da 2010-cu ilin yanvar ayında qeydə alınan göstəricidən 1,4 faiz çoxdur.
İstehlakçılarda bu ilin yanvar ayının yekunlarına görə, daş kömür ehtiyatları 7,2 min ton olub. Bu da ötən ilin yanvar ayının göstəricisindən 4 faiz azdır.