...

ARDNŞ Abşeron rayonunun qazla təchizatını yaxşılaşdırır

Energetika Materials 12 Mart 2011 12:07 (UTC +04:00)
Abşeron rayonunun qaz təchizatı sisteminin genişləndirilməsi çərçivəsində Qobustan qəsəbəsinə ilk dəfə olaraq təbii qaz verilib.
ARDNŞ Abşeron rayonunun qazla təchizatını yaxşılaşdırır

Azərbaycan, Bakı, 12 mart /Trend/

Abşeron rayonunun qaz təchizatı sisteminin genişləndirilməsi çərçivəsində Qobustan qəsəbəsinə ilk dəfə olaraq təbii qaz verilib. Bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Nefet Şirkəti) yaydığı məlumatda deyilir. Azərbaycanda qazın paylanması məsələləri ilə ARDNŞ-nin balansında olan "Azəriqaz" İstehsalat Birliyi məşğul olur.

Məlumata görə, Qobustan qəsəbəsinin qazla təchizatı çərçivəsində "Pirəkəşkül" qazpaylayıcı stansiyasından 9600 metr uzunluğunda qaz kəməri çəkilib.

Eləcə də abonentlərin qazla təchiz olunması çərçivəsində 18500 metr uzunluğunda müxtəlif diametrli qəsəbədaxili və məhəllədaxili qaz xətləri çəkilib, 275 ədəd qaz sayğacı quraşdırılıb və 123 fərdi ev qazla təchiz olunub.

Xəbər lenti

Xəbər lenti