Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir E.İsmayılov/
SOCAR Trading-in Sinqapurdakı nümayəndəliyinin yeni rəhbəri Entoni Pun təyin edilib. O, bu vəzifədə Viktor Limi əvəz edib. Məlumatı "Reuters" yazır.
"Viktor Lim istefa verib və şəxsi səbəblərə görə şirkəti tərk edib", - məlumatda deyilir.
Pun bazar ertəsindən işə başlayıb. Hazırda SOCAR Trading-in Sinqapurdakı nümayəndəliyində 12 nəfər çalışır. İlin sonunadək ştat daha səkkiz nəfərədək genişləndiriləcək.
"Biz neft, mazut, qazoyl və nafta satışı üzrə yeni ticarətçilər, eləcə də xidmət edən personal icarəyə götürürük", - məlumatda deyilir.
Pun Sinqapurdakı "Caltex" şirkətində artıq 30 ilə yaxındır işləyir və beynəlxalq neft ticarəti şöbəsinə rəhbərlik edib.
ARDNŞ-nin Sinqapurdakı nümayəndəliyi 2009-cu ildə Azeri Light markalı neftin Asiya bazarında satış həcmlərinin artırılması məqsədilə yaradılıb.