...

ARDNŞ-nin Kulevi terminalındakı 2 nömrəli yanalma körpüsü 40 min dedveytlik tankerlərin qəbuluna başlayıb

Energetika Materials 26 May 2011 19:49 (UTC +04:00)
Dərinləşdirici işlər nəticəsində ARDNŞ-nin Kulevi terminalıdakı 2 nömrəli yanalma körpüsün 40 min dedeveytlik tankerlərin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə axşamı yaydığı məlumatda deyilir.
ARDNŞ-nin Kulevi terminalındakı 2 nömrəli yanalma körpüsü 40 min dedveytlik tankerlərin qəbuluna başlayıb

Azərbaycan, Bakı, 26 may /Trend/

Dərinləşdirici işlər nəticəsində ARDNŞ-nin Kulevi terminalıdakı 2 nömrəli yanalma körpüsün 40 min dedeveytlik tankerlərin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə axşamı yaydığı məlumatda deyilir.

"Yanalma körpüsü isə bu yaxınlaradək yalnız 10 min tonluq yük götürən tankerlər qəbul edə bilirdi, lakin Aparılan dərinlikartırma işləri nəticəsində bu günlərdə yanalma 40 min tonluq ilk tankeri qəbul edib",- məlumatda deyilir.

Hazırda terminalda 3 yanalma körpüsü fəaliyyət göstərir. Bunlardan ikisi tankerlərin, biri isə yardımçı gəmilərin dayanması üçün istifadə olunur. 2009-cu ilin oktyabr ayından başlayaraq 1 №-li yanalma 105 min tonadək dedveytli tankerləri qəbul edir.

Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Xəbər lenti

Xəbər lenti