Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir A.Bədəlova/
Yaxın 5 il ərzində Azərbaycanın neft-qaz mədənlərində səmt qazının tullantılarının həcmi sıfıra endiriləcək. Bu barədə Nazirlər Kabinetinin ekologiya şöbəsinin müdiri İlyas Əlizadə Bakıda tullantılar üzrə beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, 2011-ci ilin yanvarında Azərbaycanda səmt qazlarının yandırılmasının həcmi sutkada 10 milyon kubmetr təşkil edib. Mayda bu göstərici artıq sutkada 8 milyon kubmetrədək azalıb.
Hazırda "Günəşli" yatğında səmt qazı tullantılarının həcmi ildə 310 milyon kubmetr azalıb. "Neft Daşları" yatağında bu göstərici 200 milyon kubmetr azalacaq.
Bu gün Bakıda ARDNŞ və Dünya Bankının "Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq" (GGFR) Təşkilatının təşkilatçılığı ilə səmt qazının yandırılmasının azaldılması və utilizasiyası üzrə Avropa və Mərkəzi Asiya ölkələri mütəxəssislərinin iştirakı ilə konfrans işə başlayıb.