...

Azərbaycan yeraltı qaz anbarlarında qaz ehtiyatını artırır

Energetika Materials 18 İyul 2011 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir E.İsmayılov/

İyulun 18-nə olan məlumata görə, Azərbaycanın yeraltı qaz anbarlarındakı qazın həcmi 2,19 milyard kubmetr təşkil edir. Bu barədə bazar ertəsi Trend-ə ARDNŞ-dəki (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mənbə bildirib.

Azərbaycanın yeraltı qaz anbarlarındakı qaz həcmlərini həm cari mövsümdə vurulan, həm də ötən mövsümdən qalan qaz təşkil edir. Ehtimal olunur ki, bu il Azərbaycanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 3,5 milyard kubmetr təşkil edəcək ki, bu da ötən ildəkindən demək olar 0,5 milyard çoxdur.

Hazırda ölkə iki - "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarlarına malikdir.

Mənbənin sözlərinə görə, qazın vurulması mövsümünün başladığı vaxtdan Azərbaycanın yeraltı qaz anbarlarına bir milyard kubmetrdən çox qaz vurulub. Ötən mövsümdən qaz anbarlarında 1,1 milyard kubmetrdən çox qaz qalıb.

"İndi qaz anbarlarına sutka ərzində 16,75 milyon kubmetrə yaxın qaz vurulur", - mənbə bildirib.

Yeraltı qaz anbarlarına qaz vurulması prosesinə bu ilin mayından başlanılıb. Mayın əvvəlində yeraltı qaz anbarlarına vurulan qazın sutkalıq həcmi iki milyon kubmetr təşkil edib.

2010-2011-ci il qaz vurma mövsümünün başa çatması üzrə Azərbaycan yeraltı qaz anbarlarında 3,05 milyard kubmetr qaz ehtiyatı olub. Azərbaycanın yeraltı qaz anbarlarındakı qazın 1,13 milyard kubmetrdən çoxu ötən mövsümdən qalıb.

Xəbər lenti

Xəbər lenti