...

Azərbaycan Çexiya, Slovakiya və Macarıstana neft tədarükünü nəzərdən keçirir

Energetika Materials 25 İyul 2011 20:31 (UTC +04:00)
ARDNŞ Çexiya və Slovakiya tərəfləri ilə Azərbaycan neftinin bu ölkələrin neft bazarlarına tədarükü barədə danışıqlar aparır.
Azərbaycan Çexiya, Slovakiya və Macarıstana neft tədarükünü nəzərdən keçirir

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir A.Axundov/

ARDNŞ Çexiya və Slovakiya tərəfləri ilə Azərbaycan neftinin bu ölkələrin neft bazarlarına tədarükü barədə danışıqlar aparır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

"Çexlər və slovaklarla Azərbaycan neftinin tədarükü ilə bağlı danışıqlar ilkin mərhələdədir. Sözsüz ki, qarşılıqlı maraq və texniki imkanlar var. İndi bu marağı kommersiya razılaşmasına çevirmək lazımdır və bu [tədarüklərin həyata keçirilməsi] real olacaq", - Bəylərbəyov qeyd edib.

Vitse-prezidentin müavini qeyd edib ki, belə olan halda, söhbət təkcə Çexiya ərazisinə deyil, həm də imkan daxilində Slovakiya və Macarıstanın neft tədarükü marşrutlarını mənimsəməkdən gedir.

"Artıq konkret iş var, lakin hələ nəticələr haqqında danışmaq olmaz", - dövlət şirkətinin nümayəndəsi bildirib.

Bəylərbəyovun bundan əvvəl dediyinə görə, Aralıq dənizi bazarında Azərbaycan neftinin 45 faizi satılır. Daha 20 faiz isə Şimali Amerika bazarlarında satılır.

Bu gün Avrasiya neft nəqli dəhlizinin yaradılması işləri davam etdirilir. Bu layihənin həyata keçirilməsində Ukrayna, Polşa, Litva və Gürcüstan maraqlıdır.

ARDNŞ Çexiya, Slovakiya və Macarıstana neft tədarükünün perspektivlərini nəzərdən keçirir ki, bu da 2016-cı ilədək enerjidaşıyıcıların nəqli marşrutlarını daha da şaxələndirməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti