...

ARDNŞ-yə məxsus gəmidə yanğın baş verib

Energetika Materials 3 Avqust 2011 12:20 (UTC +04:00)
Avqustun 2-də saat 16:45 radələrində ARDNŞ-nin Xəzər Dəniz Neft Donamasına məxsus kiçikhəcmli "Atlant" sərnişin gəmisində yanğın baş verib.
ARDNŞ-yə məxsus gəmidə yanğın baş verib

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Avqustun 2-də saat 16:45 radələrində ARDNŞ-nin Xəzər Dəniz Neft Donamasına məxsus kiçikhəcmli "Atlant" sərnişin gəmisində yanğın baş verib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Yanğın zamanı xəsarət alan olmayıb.

Məlumatında deyildiyinə görə, yanğının qısaqapanmadan baş verdiyi müəyyənləşdirilib.

Baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün gəmidə təmir işlərinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti