Azərbaycan, Bakı, 12 avqust /Trend/
ARDNŞ-nin Ekologiya İdarəsi "Siyəzənneft" NQÇİ-nin 300 quyusunda boruarxası səmt qazının həcminin ölçülməsi işlərinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə idarənin yaydığı məlumatda deyilir.
Ölçmə işlərinin aparılacağı quyular seçmə üsulu ilə müəyyənləşdiriləcək. NQÇİ-nin ərazisində cəmi 1055 quyu var.
Ölçmə işləri "Qlobal Qaz Yandırılmalarının Azaldılması (GGFR) üzrə Tərəfdaşlıq" təşkilatı ilə əməkdaşlıq çərçivəsində Ekologiya İdarəsinə verilmiş ölçü cihazları ilə aparılacaq.