...

Azərbaycan Türkiyəyə qaz ixracının artan həcmini açıqlayıb

Energetika Materials 12 Avqust 2011 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir E.İsmayılov/

Azərbaycan "Şahdəniz" yatağından Türkiyəyə qaz tədarükünü sutkada 6 milyon kubmetrdən 16 milyon kubmetrədək artırıb. Buna səbəb İran-Türkiyə qaz kəmərində partlayışın baş verməsidir. Bu barədə cümə günü ARDNŞ-nin yüksək vəzifəli nümayəndəsi deyib.

Onun sözlərinə görə, tədarükün həcmi Türkiyədə qaz kəmərinin bərpası başa çatana və İrandan qazın verilməsi bərpa olunana kimi çox olacaq.

Bundan əvvəl Trend-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən dediklərinə görə, İrandan gedən qaz kəmərinin Türkiyədən keçən hissəsində baş verən partlayışla əlaqədar Türkiyə Azərbaycan və Rusiyadan qaz alışını artırıb.

Partlayış Türkiyənin Ağrı vilayətində baş verib. Boru kəməri ilə qaz nəqli təmir işləri aparıldıqdan sonra bərpa olunacaq. Buna bir həftəyə yaxın vaxt lazım olacaq.

Azərbaycandan Türkiyəyə qaz tədarükü Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti