...

ARDNŞ qurudakı neft mədənlərində ekoloji monitorinq aparıb

Energetika Materials 25 Avqust 2011 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi Bakının Sabunçu rayonunun Maştağa və Buzovna, eləcə də Zabrat qəsəbələri ərazisindəki neft mədənlərində ekoloji monitorinq keçirib. Trend-in məlumatına görə, bu barədə idarənin cümə axşamı yaydığı məlumatda deyilir.

İşlər "2011-2013-cü illər üzrə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində keçirilib.

Monitorinq sənaye və məişət sularının qurudulması üçün nəzərdə tutulan göldəki tullantıların mənbələrini, eləcə də digər tullantı növlərini müəyyən etmək məqsədilə keçirilib. Monitorinqin keçirilməsi həmçinin bu ərazilərin ekoloji vəziyyətinin öyrənilməsi və qiymətləndirilməsi məqsədi də daşıyır.

Əldə edilən nəticələr əsasında ekoloji bərpa işlərinə dair təkliflərin hazırlanması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti