...

ARDNŞ ilk dəfə Şərqi Avropada neft məhsulları satışının yeni növünə başlayır

Energetika Materials 27 Avqust 2011 13:55 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ukraynada bunker biznesinə başlayır. Bu barədə Trend-ə ARDNŞ-nin Ukraynadakı nümayəndəliyindən məlumat verilib.
ARDNŞ ilk dəfə Şərqi Avropada neft məhsulları satışının yeni növünə başlayır

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ukraynada bunker biznesinə başlayır. Bu barədə Trend-ə ARDNŞ-nin Ukraynadakı nümayəndəliyindən məlumat verilib.

Bu gün Kiyev gəmitəmiri zavodunun dokunda "SOCAR Energy Ukraine" şirkətinin "Bakı-1" neftdaşıyan bunker gəmisi suya buraxılıb.
Mərasimdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin başçısı Elçin Məmmədov iştirak edib.

Dneprə çox böyük ölçüdə dəniz gəmiləri salınır.

Layihə Şərqi Avropa ərazisində ilk dəfə olaraq həyata keçirilir. Ən yeni su YDM gəmilərə yanacaq doldurmaq üçün "SOCAR" şəbəkəsinin firma neft məhsulları olan Nano 95 benzini və Nano Diesel dizel yanacağı təklif edəcək. Nümayəndəlikdən bilidirilib ki, dəniz yanacaqdoldurma kompleksinin göyərtəsində "Buta market" firma mağazası yerləşəcək.

Şirkətin planlarında bu mövsümdə Kiyevin kiçik və orta gəmilərini və Dnepr çayının Kiyev hissəsinin akvatoriyasında olan gəmiləri Paton adına paytaxt körpüsü rayonundakı "Buta market" firma mağzasının neft məhsulları və malları ilə təchiz etmək də var.

Hesablaşma АКМ POS kassa aparatları vasitəsilə həyata keçiriləcək. Onlar texnoloji avadanlıqların idarə olunmasını və yanaşı malların buraxılışını təmin edir. Müştəri alınan yanacaq və mala görə "sCard " yanacaq kartı və Ukraynanın digər neft ticarətçilərinin kartlarının köməyi ilə hesablaşa bilər. Həmçinin VISA Electron və Master Card bank kartları ilə ödənişlər də qəbul olunacaq.

Hazırda ARDNŞ Ukrayna ərazisində bir neçə YDM-ə malikdir.

Xəbər lenti

Xəbər lenti