...

Türkiyə Kipri Aralıq dənizində neft kəşfiyyatına başlayacağı ilə hədələyir

Energetika Materials 19 Sentyabr 2011 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Kiprin Aralıq dənizinin şərq sahilində neft və qaz yataqlarının kəşfiyyatı işlərini planlaşdırmasına cavab olaraq Türkiyə dənizdə neft kəşfiyyatına başlayacaq. Bunu jurnalistlərə Türkiyənin energetika naziri Taner Yıldız deyib. Trend-in məlumatına görə, xəbəri CNN Türk yayıb.

Yıldızın sözlərinə görə, Şimali Kipr Türk Cümhuriyyəti ilə gələn həftə imzalanacaq neft kəşfiyyatı üzrə işlərin başlanmasına dair saziş artıq hazırdır.

Nazir onu da bildirib ki, Kiprin karbohidrogenlərin kəşfiyyatına başlaması beynəlxalq hüquq normalarına ziddir və siyasi provakasiyadır.

Kiprin Prezidenti Dmitris Xristofiyasın bu yaxınlarda Londonda bəyan etdiyinə görə, ölkə Türkiyənin eritazlarına baxmayaraq, öz şelfində karbohidrogen kəşfiyyatına başlayacaq.

"Kəşfiyyat qazmasına, gözlənildiyi kimi, bir neçə gün ərzində başlanacaq", - Kipr telekanalları Xristofiyasa istinadən xəbər verib.

Onun sözlərinə görə, bu davranış Kipr Respublikasının suveren hıqqıdır və beynəlxalq qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcək.

Türkiyə Kipr Respublikasını tanımır və yalnız Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələr qurub. Türkiyə bildirib ki, ölkənin mineral resursları Kiprin hər iki icmasına aiddir və buna görə də, de-fakto Kipr Respublikası hökumətinə nəzarət edən yunan-kiprlilərin şelfi təktərəfli istismar etməyə haqqı yoxdur.

Xəbər lenti

Xəbər lenti