...

"Azərbaycan" İES elektrik enerjisi istehsalını xeyli artırıb

Energetika Materials 20 Sentyabr 2011 19:44 (UTC +04:00)
"Azərbaycan" İstilik Elektrik Stansiyası yanvar-avqust aylarında 4 milyard 59,5 milyon kilovat-saat proqnoza qarşı 7 milyard 72,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib.
"Azərbaycan" İES elektrik enerjisi istehsalını xeyli artırıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan" İstilik Elektrik Stansiyası yanvar-avqust aylarında 4 milyard 59,5 milyon kilovat-saat proqnoza qarşı 7 milyard 72,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə "Azərenerji" ASC-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Avqustda 513,6 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub ki, bu da proqnozlaşdırıldığından 547,2 min kilovat-saat çoxdur.

Hazırda stansiyanın mövcud vəziyyətə uyğun normal fəaliyyətini davam etdirməsi üçün tərtib edilmiş təmir qrafikinə uyğun olaraq, təmir işləri zamanı enerji bloklarında və onların köməkçi avadanlıqlarında nasaz hissələr yenisi ilə əvəz edilib. Nəticədə istismar müddətinə uyğun enerji blokunun avadanlıqlarının hazırkı vəziyyəti ilə müqayisədə texniki iqtisadi göstəriciləri yaxşılaşdırılıb.

Eyni zamanda, bu istilik elektrik stansiyasında mövsümə hazırlıq tədbirlərinin əsas hissəsi yerinə yetirilib. O cümlədən 7 saylı enerji blokunun yenidən qurulması, 4 saylı enerji blokunda orta təmir işlərinin, digər enerji bloklarında isə planlı cari təmir işlərinin aparılması, stansiyada sutəmizləyici qurğunun süzgəc materiallarının yenisi ilə əvəz edilməsi və digər rejim xarakterli tədbirlər yerinə yetirilib. 6 saylı enerji blokunda isə yenidənqurma işləri əsasən başa çatdırılıb, hazırda sınaq-sazlama və işəburaxma əməliyyatları aparılır.

Xəbər lenti

Xəbər lenti