Gürcüstan, Tbilisi, 11 oktyabr /Trend, müxbir N.Kirsxaliya/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı Gürcüstanın Samtredia şəhərində növbəti yanacaqdoldurma məntəqəsini açıb.
Trend-in məlumatına görə, açılış mərasimində yerli hakimiyyət nümayəndələri və "SOCAR Georgia Energy" şirkətinin prezidenti Mahir Məmmədov iştirak edib.
"Biz Gürcüstanda yanacaqdoldurma məntəqələrinin açılması, infrastrukturun və enegetika sahəsinin inkişafına yardım üzrə siyasətimizi davam etdiririk", - Məmmədov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, "SOCAR Gerogia Energy" Gürcüstanda artıq 80 yanacaqdoldurma məntəqəsi açıb.