...

ARDNŞ Rumıniyada 11 yanacaqdoldurma məntəqəsi istifadəyə verib

Energetika Materials 31 Oktyabr 2011 18:38 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rumıniyada 11 yanacaqdoldurma məntəqəsi istifadəyə verib.
ARDNŞ Rumıniyada 11 yanacaqdoldurma məntəqəsi istifadəyə verib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rumıniyada 11 yanacaqdoldurma məntəqəsi istifadəyə verib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Açılış mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev iştirak edib.

Məlumata əsasən, bu YDM-lərin açılması şirkətin Avropa İttifaqında ilk investisiyalarıdır.

Avropa standartlarına cavab verən YDM-lər Rumıniyanın strateji əhəmiyyət daşıyan və Moldova və Ukrayna ilə həmsərhəd olan şimal bölgəsində - Botoşani, Suçeava, İaşi və Neamt vilayətlərində yerləşir.

Bu YDM-lərdə ənənəvi A-95 və A-92 benzin növləri ilə yanaşı, Nano 95 və Nano DT (dizel yanacağı) növlərinin də satışı həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti