...

Enerji sahəsində dünya lideri Bakıda filial açır

Energetika Materials 3 Noyabr 2011 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Vergilər Nazirliyində Almaniyanın "ALSTOM Grid GmbH" şirkətinin filialı dövlət qeydiyyatından keçib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin rəsmi saytının "bir pəncərə" bölməsində deyilir.

Şirkətin filialı 2011-ci il oktyabrın 7-də qeydiyyatdan keçib. Onun qanuni nümayəndəsi kimi Elşən Zeynalov çıxış edir. Şirkətin təsisçisi "ALSTOM Grid GmbH" şirkətidir.

"ALSTOM" energetika, enerji paylayıcıları və dəmiryol infrastrukturu sahəsində innovasiya və ekoloji təmiz texnologiyalar tətbiq edən dünya lideridir. "Alstom" dünyada ən sürətli və ən tutumlu avtomatlaşdırılmış metro qatarları istehsal edir. Şirkət elektrik stansiyaları, eləcə də enerji mənbələrinin geniş dairəsi üçün istifadəyə hazır inteqrasiyalaşdırılmış həllər və onlarla bağlı xidmətlər, habelə elektrik enerjisinin ötürülməsi üçün həllərin geniş spektrini təklif edir.

Şirkətdə dünyanın 100 ölkəsində 92 min nəfər çalışır, satış həcmi 20,9 milyard avro, əməliyyatlardan gələn gəlirlər 1,57 milyard avro təşkil edir ki, bu da 2010-2011-ci illərdə 7,5 faizlik əməliyyat gəlirliliyinə uyğundur.

Xəbər lenti

Xəbər lenti