...

Bakı elektrik stansiyası elektrik enerjisi istehsalını artırıb

Energetika Materials 16 Noyabr 2011 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-oktyabrda Bakı elektrik stansiyası tərəfindən 427,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da nəzərdə tutulan göstəricidən təqribən 5,4 milyon kilovat-saat çoxdur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Azərenerji" ASC-nin yaydığı məlumatda deyilir.

Oktyabrda stansiya 46,1 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edib ki, bu da proqnozlaşdırıldığından 1,1 milyon kilovat-saat çoxdur.

12 aqreqatdan ibarət olan Bakı elektrik stansiyasının gücü ümumi 105 meqavat təşkil edir.

Xəbər lenti

Xəbər lenti