...

Azərbaycanın dövlət büdcəsindən ARDNŞ-nin qeyri-profil aktivlərinə vəsait ayrılacaq

Energetika Materials 6 Dekabr 2011 19:48 (UTC +04:00)
ARDNŞ-nin qeyri-profil aktivlərinin maddi təminatına onların müvafiq nazirliklərə ötürülməsi zamanı 2012-ci ildə Azərbaycan dövlət büdcəsindən əlavə 61 milyon manat ayrılacaq.
Azərbaycanın dövlət büdcəsindən ARDNŞ-nin qeyri-profil aktivlərinə vəsait ayrılacaq

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir A.Axundov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qeyri-profil aktivlərinin maddi təminatına onların müvafiq nazirliklərə ötürülməsi zamanı 2012-ci ildə Azərbaycan dövlət büdcəsindən əlavə 61 milyon manat ayrılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2012-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

"ARDNŞ-nin balansında olan diaqnostik mərkəzlərin, xəstəxanaların, mədəniyyət saraylarının maddi təminatına Səhiyyə və Mədəniyyət və Turizm nazirliklərinə əlavə 61 milyon manatın ayrılması tələb olunur", - Şərifov bildirib.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin əvvəl dediyinə görə, şirkət balansında olan qeyri-profil aktivlərdən qurtulmağa çalışacaq. Xüsusən, bu, Mərkəzi Neftçilər Xəstəxanası kimi müəssisələrə aiddir.

Xəbər lenti

Xəbər lenti