Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir E.İsmayılov/
2011-ci ilin 11 ayı ərzində "Azərenerji" ASC tərəfindən 17,9 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Bu göstərici ötən ilin analoji dövründə 16,7 milyard kilovat-saatdan çox olub. Trend-in məlumatına görə, bu barədə ASC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.
Ümumi həcmdən 15,4 milyard kilovat-saata yaxını İES-lərin, 2,5 milyard kilovat-saata yaxını isə SES-lərin payına düşür.
Cari ilin noyabr ayında ölkə enerjisistemində 1,9 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,7 milyard kilovat-saatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsalı düşür.
Bununla yanaşı, ay ərzində Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.