...

Azərbaycanda qaza tələbat artıb

Energetika Materials 23 Yanvar 2012 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend müxbir E.İsmayılov/

Azərbaycanda hava şəraitinin pisləşməsi və havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar hazırda qazın sutkalıq verilişi 22,5 milyon kubmetrə yaxın təşkil edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin məlumatında deyilir.

İB-dən deyildiyi kimi, o cümlədən Bakıya sutka ərzində qazın verilməsi 12,2 milyon kubmetrdən 13,5 milyon kubmetrə qədər artırılıb. Regionlarda qazın verilişi 8,2 milyon kubmetrdən 9 milyon kubmetrədək artırılıb.

Azərbaycanda tədarük olunan qazın əhəmiyyətli hissəsi paytaxtın payına düşür.

"Havaların soyuması ilə əlaqədar ölkə üzrə qazın verilməsi artırılıb, həmçinin təkcə Bakıda bu, sutkada 1,3 milyon kubmetr artırılıb", - "Azəriqaz"dan deyiblər.

Azərbaycan ərazisində qazın nəqli və paylanması məsələləri ilə "Azəriqaz" İB məşğul olur.

Xəbər lenti

Xəbər lenti