...

Azərbaycan və Yaponiya arasında neft-kimya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Energetika Materials 26 Yanvar 2012 15:42 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində Yaponiyanin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüş keçirilib.
Azərbaycan və Yaponiya arasında neft-kimya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində Yaponiyanin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüş keçirilib.

ARDNŞ-dən cümə axşamı Trend-ə verilən məlumata görə, Yaponiyanin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə Birliyin baş ofisində keçirilən görüşdə iki ölkə arasında neft-kimya və digər sahələrdə genişlənməkdə olan əməkdaşlıqdan razılıqla söhbət açılıb.

Qonaqlara onları maraqlandıran məsələlər - "Azərikimya" müəssisələrinin ərazisində yaradılacaq Kimya Sənaye Parkı və Azot gübrəsi (Karbamid) zavodunun layihələndirmə və tikintisinə hazırlıq işlərinin aparıldığı barədə geniş məlumat verilib. Kimya Sənaye Parkında müxtəlif sənaye məhsullarının istehsal olunacağı onlarla kiçik, özəl kimya müəssisələrinin yaradılmasında Yaponiyanın şirkət və firmalarının, ayrı-ayrı iş adamlarının öz investisiyaları, mütərəqqi texnologiyaları, müasir avadanlıqları ilə iştirakının arzuedilən olduğu diqqətə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti