...

ARDNŞ Böyük Britaniyada avrobondlar yerləşdirəcək

Energetika Materials 30 Yanvar 2012 15:06 (UTC +04:00)
ARDNŞ-nin avroistiqrazları Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Listinq Orqanının (UK Listing Authority) və London Fond Birjasının (London Stock Exchange) listinqinə daxil ediləcək.
ARDNŞ Böyük Britaniyada avrobondlar yerləşdirəcək

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) avroistiqrazları Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Listinq Orqanının (UK Listing Authority) və London Fond Birjasının (London Stock Exchange) listinqinə daxil ediləcək. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Avrobondların yerləşdirilməsi və tədavülü Azərbaycanın və Amerika Birləşmiş Ştatlarının hüdudlarından kənarda həyata keçiriləcək.

ARDNŞ bazar ertəsindən avroistiqrazların qarşıdakı yerləşdirilməsi ilə əlaqədar sərmayədarlarla danışıqlara başlayıb. İstiqrazların yerləşdirilməsi bazarın şərtləri nəzərə alınmaqla baş tutacaq. Şərtlər sərmayədarlarla yanvarın 30-da başlayan silsilə görüşlərdən sonta konkretləşdiriləcək.

ARDNŞ 500 milyon dollar həcmində avrobond yerləşdirməyi planlaşdırır.

Məlumatda deyildiyi kimi, bu işlərin həyata keçirilməsində Birgə Baş İdarəçilər (Joint Lead Managers) qismində Citi Group Global Markets Limited, Deutsche Bank AG (London filialı) və The Royal Bank of Scotland Plc., Birgə İdarəçilər (Co-Managers) qismində Nomura International Plc. və Société Générale S.A., İnvestorların təmsilçisi (Trustee) qismində Deutsche Trustee Company Limited, Əsas Ödəniş və Köçürmə Agenti (Principal Paying and Transfer Agent) qismində isə Deutsche Bank AG (London filialı) çıxış edirlər.

ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qazın paylanması) müəssisəsi daxildir.

ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ var), eləcə də Azərbaycan, Gürcüstan, Rumıniya və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir. Bir müddət əvvəl şirkət İsveçrədə iri YDM şəbəkəsini əldə edib.

ARDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti